Onlayn ictimai-siyasi qəzet
İranın ali dini rəhbəri Ayətullah Müctəba Xamenei ölkənin əsas hərbi strukturlarının rəhbərliyində mühüm dəyişikliklər edib.
Musavat.com xəbər verir ki, Əhməd Vahidi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı təyin olunub.
Ayətullah Müctəba Xameneinin sərəncamına əsasən, general-mayor Əli Abdullahi Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilib.
Yeni təyinatlara əsasən, Əli Əzmayi SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsinə gətirilib.
SEPAH-ın Kəşfiyyat Təşkilatının keçmiş rəhbəri Hüseyn Taib isə Bəsic qüvvələrinin komandanı təyin edilib.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ