Onlayn ictimai-siyasi qəzet
Xankəndi şəhərində kafedə yanğın baş verib.
Hadisə şəhər ərazisində yerləşən “Turan” kafesində qeydə alınıb.
Yanğın zamanı kafedə çalışan 1983-cü il təvəllüdlü Əsədova Zibeydə Bulud qızı və 1997-ci il təvəllüdlü Qəfərova Fidan Sücaət qızı yanıq xəsarətləri alıblar.
Yaralılar hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo
24 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ