İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarici çıxışları qadağan edilə bilər

Türkiyədə narkotiklə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 23 şübhəli məhkəməyə göndərilib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində prokurorluq 10 nəfərin həbsini tələb edib.

Bununla yanaşı, məşhur müğənni Kenan Doğulu, aktrisa Beren Saat, müğənnilər Berdan MardiniOzan Doğulu daxil olmaqla 11 nəfər barəsində xaricə çıxış qadağası tətbiq olunması istənilib.

Prokurorluğun müraciət etdiyi digər tanınmış simalar arasında Kerimcan Durmaz, Enis Arıkan, Selin Ciğerci, Yaşar İpekAyşe Hatun Önal də yer alıb.

Şübhəlilərdən Ali Efe Bezci haqqında isə ev dustaqlığına bərabər olan,- "yaşadığı ünvanı tərk etməmək",- şəklində nəzarət tədbiri tələb olunub.

İstintaq çərçivəsində Tolga Çam, Ferhan Kaya, Murat Saygı, Enis Ahmet Onat, Emre Tari, Hasan Vatan, Reyhan Küçükyeğen, Mehmet Yıldız, Tessy Ramos Correira və Rafet Eren Yorulmazer barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edilib.

Hazırda gözlər məhkəmənin verəcəyi qərardadır. Hakimin həbs və digər məhdudlaşdırıcı tədbirlərlə bağlı qərarının istintaqın sonrakı gedişinə təsir göstərəcəyi bildirilir.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR