İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəstəxana həyətində xilas edilən kişidən XƏBƏR VAR

Bakıda ictimai nəqliyyatda halı pisləşən və Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) həyətində həkimlər tərəfindən xilas edilən kişinin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Musavat.com-a bildirilib ki, onun müalicəsi davam etdirilir və vəziyyəti ağır qiymətləndirilir:

“19.04.2026-cı il tarixində saat 19:50 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının həyətində ilk tibbi yardım göstərilən şəxsin vəziyyəti ağır olaraq qiymətləndirilir. Müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”.

Xatırladaq ki, aprelin 19-da saat 19:50-də ictimai nəqliyyatda vəziyyəti qəfil pisləşən 1964-cü il təvəllüdlü kişi ətrafdakı insanların köməkliyi ilə yaxınlıqda yerləşən Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb. Hadisə zamanı vətəndaşa ilk tibbi müdaxilə xəstəxananın həyətində göstərilib. Təcili olaraq kardiopulmonar reanimasiya (CPR) - ürəyin qapalı masajı başlanılıb, venadaxili adrenalin tətbiq edilib və pasiyent intubasiya olunaraq xəstəxananın qəbul şöbəsinə yerləşdirilib.

Pasiyentin qəbulu zamanı tibbi müdaxilələrə Ürək-damar cərrahiyyəsi şöbəsi, Reanimasiya və intensiv terapiya bölməsinin müdiri Gülnarə Şəbiyeva, Reanimasiya şöbəsinin həkimi Salatın Babayeva, həmçinin Qəbul şöbəsinin həkimləri Kairə Yüzbaşıyeva və Könül Mirzəyeva cəlb olunublar.

Xroniki ürək çatışmazlığı, ürək ritm pozğunluğu (aritmiya), ağciyər-ürək çatışmazlığı, ürək dayanmasından sonrakı vəziyyət diaqnozları təyin olunan şəxsin həyatı göstərilən uğurlu müdaxilə nəticəsində xilas edilib.


Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR