İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ya onlar kompromisə gedəcək, ya da..." - Trampdan XƏBƏRDARLIQ

"Ya Tehran Vaşinqtonla kompromis razılaşmasına gedəcək, ya da ABŞ İranda "başladığı işi bitirəcək".

Musavat.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Çinə yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərlə söhbətində deyib: "Onlar ya düzgün olanı edəcəklər, ya da başladığımız işi bitirəcəyik. Ya razılaşma əldə edəcəyik, ya da onlar məhv ediləcək. Hər iki halda biz qalib gəlirik".

Amerika lideri İranla atəşkəsdən imtina etməyə hazır olub-olmadığı sualına qəti cavab verməyib: "Bu barədə Pekinə uçuşda düşünəcəyik. Və qısa müddət ərzində yenidən düşünəcəyik". O, yenə İranın əvvəlcə ABŞ-ın nüvə silahı hazırlamamaq öhdəliyinə razılıq verdiyi, lakin sonra bunu yazılı şəkildə təsdiqləməkdən imtina etdiyini bildirib: "Onların nüvə silahı olmayacaq. Onlar bunu bilirlər. Onlar buna razılıq veriblər. Amma sonra mənə bunu demədilər. Biz oyun oynamırıq. Onların nüvə silahı olmayacaq".

Tramp həmçinin İranla bağlı Çinin köməyinə ehtiyac olmadığını qeyd edib: "Düşünmürəm ki, İranla bağlı hansısa köməyə ehtiyacımız var. Biz bu və ya digər şəkildə qalib gələcəyik. Sülh yolu ilə və ya başqa şəkildə".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR