İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanıq Slava - trendə qoşulmaq səyliyi gəncin üzünü yandırıb

Rusiya Federasiyasının Saratov vilayətinin sakini internet trendini təkrarlamağa çalışarkən üzündən yanıqlar alıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, 23 yaşını qeyd edən rusun saqqalı sosial şəbəkələr üçün bayram videosu çəkdiyi zaman alovlanıb.

Vyaçeslav adlı gənc tortu bəzəyən şamların üzərində “möhtəşəm məşəl” yaratmağa imkan verən xüsusi maye içib. O, ağzından alov püskürən əjdaha obrazı yaratmaq istəyirmiş. Videonu çəkmək üçün iki cəhd edəndən sonra “ad günü oğlanı”nın saqqalı qəfildən alovlanıb. Yanan maddə Vyaçeslavın əllərinə və köynəyinə də dağılıb. O, alovu söndürmək üçün hovuza kəllə vurub və ziyanın yarısından qayıda bilib. Qeyd olunur ki, ağılsız trendlərə qoşulmaq istəyən qurban bir ayr üzündə sarğı ilə gəzib və hələ yanıq yerləri tam sağalmayıb.

Əlavə edək ki, hər gün dünyada onlarla şəxs bu cür internet trendlərinin qurbanı olur: onlar qayalıqdan yıxılır, suda boğulur, vəhşi heyvanların hücumuna məruz qalır, qəzaya uğrayır və sair fors-major hallarla üzləşirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR