Onlayn ictimai-siyasi qəzet
“Yarqunat” obrazı ilə qısa müddətdə tanınan və insanların sevimlisinə çevrilən aktrisa İranə Kərimovanın toyu olub.
Musavat.com xəbər verir ki, aktrisa teatrşünas, “Mədəniyyət TV”nin aparıcısı Dağlar Yusif Əfəndi ilə ailə qurub.
Qeyd edək ki, aktrisa “Soyuq Günəş” adlı ləzgi bədii filmində (rejissor Elşən Zeynallı) “Yarqunat” obrazını yaradıb. Bundan əlavə, Azərbaycan Dövlət Televiziyasında nümayiş olunan bir sıra sənədli və bədii televiziya filmlərinə çəkilib. Bunlara rejissor Adil Azayın “Kəlağayı”, “Şəhərin iç sədası”, eləcə də “Üzeyir Hacıbəyli” filmləri daxildir. Sonuncuda Leyla Bədirbəyli obrazını canlandırıb.
İranə Kərimova İctimai Televiziyada yayımlanan “Cəmşid Naxçıvanski. Mən qayıdacağam” adlı bədii televiziya filmində də rol alıb.
Şahanə Rəhimli
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ