Onlayn ictimai-siyasi qəzet
İsraildə yaşayan 49 yaşlı hasid Conatan Karlinski Ukrayna ordusuna çağırılsa da, cəbhəyə göndərilməyəcək.
Musavat.com xəbər verir ki, yəhudi icmasının müdaxiləsindən sonra onun xidmət yeri dəyişdirilib.
Karlinski Roş-Ha-Şana bayramını qeyd etmək üçün Ukraynanın Uman şəhərinə gəlib. İsrailə qayıdarkən sərhəddə saxlanılıb.
Yoxlama zamanı onun İsrail pasportu ilə yanaşı, Ukrayna vətəndaşlığının da olduğu müəyyənləşdirilib. Bundan sonra 49 yaşlı kişi Ukrayna Silahlı Qüvvələrinə çağırılıb.
Məsələ yəhudi icmasının müdaxiləsindən sonra fərqli məcraya yönəlib. Karlinskinin döyüş bölgəsinə göndərilməməsi və ixtisasına uyğun şəkildə xidmət etməsi qərara alınıb.
Həkim olan Karlinski Odessadakı tibb mərkəzində xidmət edəcək. Beləliklə, o, birbaşa cəbhə xəttinə göndərilməyəcək.
Eyni zamanda Karlinskiyə ultraortodoksal yəhudi dini qaydalarına riayət etmək imkanı yaradılacaq. Yəhudi icması onu koşer qida ilə təmin edəcək, həmçinin sinaqoq, mikva və digər icma xidmətlərindən istifadəsinə şərait yaradacaq.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ