İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni zərbə dalğası gəlir? — ABŞ İran HHM-lərinin koordinatlarını ələ keçirdi

ABŞ-dən İrana qarşı "tələ" əməliyyatı — HHM sistemlərinin yeri müəyyənləşdirildi

Musavat.com "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, dünən İran hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən Hörmüz boğazı yaxınlığında vurulan pilotsuz uçuş aparatının ABŞ döyüş təyyarələrindən buraxılan ADM-160 MALD aldadıcı hədəfi olduğu ortaya çıxıb.

Vaşinqtonun bu addımı bölgədəki İran HHM qüvvə və vasitələrinin dislokasiya olunduğu dəqiq koordinatları aşkarlamaq məqsədi daşıyıb. Radar sistemlərini aktivləşdirməyə məcbur edilən İran müdafiə şəbəkəsinin lokasiyaları tam müəyyən olunub.

Qeyd olunur ki, tələ xarakterli bu manevr yaxın günlərdə həmin HHM sistemlərinə qarşı birbaşa zərbələrin endirilməsi ehtimalını kəskin artırır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR