Onlayn ictimai-siyasi qəzet
Türkiyə mediasının ustad ismi Yılmaz Özdil BMT\Netanyahu\zalı tərk edənlər məsələsində Azərbaycanın mövqeyini müdafiə edib.
Musavat.com xəbər verir ki, Türkiyədə hər zaman hər məsələdə obyektiv mövqe tutmağa çalışan məşhur publisist Azərbaycanın məsələlərə dinçi, məzhəbçi mövqedən yox, sırf dövlət maraqları prizmasından baxdığını və bunu doğru yol olduğunu bildirərək, Azərbaycan rəhbərliyinin haqlı mövqedə olduğunu vurğulayıb.
Onu da qeyd edək ki, Atatürkçü, cümhuriyyətçi görüşləri ilə tanınan Yılmaz Özdil indiyədək bu möqeyi üzündən 6-7 qəzet və televiziyadakı işini itirib, barəsindən saysız-hesabsız məhkəmə iddiaları var. O, Türkiyənin ən çox kitab satan müəllifi, video-çıxışları milyonlarla izlənən jurnalistidir.
Aşağıda Yılmaz Özdilin çıxışından bir fraqmenti təqdim edirik:
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ