İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaur Rzayevin SON DURUMU açıqlandı

Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb.

Bu barədə Musavat.com-un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib.

“Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan 1952-ci il təvəllüdlü şəxs (kişi) 11.09.2026-cı il tarixində saat 19:00 radələrində ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, 1952-ci il təvəllüdlü şəxs (kişi) 05.09.2026-cı il tarixində saat 20:50 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub. Qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib”, - məlumatda qeyd olunub.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR