İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski ilk dəfə bunkerini nümayiş etdirdi - VİDEO

Ukrayna prezidenti Volodimir Zelenski ilk dəfə Kiyevin Bankova küçəsində yerləşən Prezident Administrasiyasının binasının altındakı bunkeri və öz ofisini nümayiş etdirib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, bunkerdəki bu kiçik otaq müharibənin əvvəlində dünya liderləri ilə ilk söhbətlərin aparıldığı yerdir:

"ABŞ prezidenti Co Baydenlə burada danışdım və eşitdiyim bir söz də bu idi: "Vladimir, təhlükə var, dərhal Ukraynanı tərk etməlisən. Biz kömək etməyə hazırıq". Mən isə cavab verdim ki, mənə taksi yox, silah lazımdır".

"Bu gün Putinin Kiyevi üç günə ələ keçirməsindən düz dörd il ötür. Bu, Ukraynanın müqavimətindən və bu müddət ərzində apardığı mübarizədən çox şey xəbər verir. Putin məqsədlərinə çatmadı. O, bu müharibədə qalib gəlmədi. Biz Ukraynanı xilas etdik və sülhə, ədalətə nail olmaq üçün hər şeyi edəcəyik. Ukraynaya eşq olsun!", - Zelenski müharibənin dördüncü ildönümü münasibətilə "Telegram" kanalında yazıb. 

Zelenski vurğulayıb ki, Putin Ukraynanı döyüş meydanında məğlub edə bilməyəcəyini anlayır və "dünyanın ikinci ordusu" hündürmərtəbəli binalara və elektrik stansiyalarına qarşı vuruşur:

"İndi isə ukraynalılar tarixin ən ağır qışını yaşayırlar. Demək olar ki, hər gecə terror baş verir. Amma Ukraynalılar buna dözür, dağılmadan, sarsılmadan davam edirlər. Onlar müharibəyə, bütün hücumlara və sınaqlara baxmayaraq, ümidlərini qoruyur və birləşirlər".

O əlavə edib ki, hazırda ABŞ Rusiyadan daha çox Ukraynaya təzyiq göstərir və güzəştlər tələb edir, lakin Zelenski bunun dəyişəcəyinə ümid etdiyini bildirib.

Zelenski həmçinin qeyd edib ki, məcburi təhlükəsizlik zəmanətləri olmadan istənilən atəşkəs böyük risklər yarada bilər, çünki müharibə yenidən başlaya bilər.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR