Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin xarakterinin dəyişdiyini və müasir texnologiyaların döyüş meydanında əsas amilə çevrildiyini bildirib.
Musavat.com xəbər verir ki, Zelenskinin sözlərinə görə, hazırda döyüşlər daha geniş miqyas alıb və Ukrayna müharibəni hava məkanına çıxarmaq üçün əlindən gələni edir.
“Bu gün, gördüyünüz kimi, döyüşlər tammiqyaslı hala gəlib və Ukrayna müharibəni hava məkanına çıxarmaq üçün əlindən gələni edir. Nəticə artıq qoşunların sayından deyil, müasir texnologiyalardan – dronlardan və raketlərdən asılıdır”, – deyə Zelenski bildirib.
Ukrayna liderinin açıqlaması Kiyevin pilotsuz uçuş aparatları və raket texnologiyalarına daha çox diqqət ayırdığı bir vaxtda səslənib. Son günlər Ukrayna həm hava hücumundan müdafiənin gücləndirilməsini, həm də uzaqmənzilli silah imkanlarının artırılmasını gündəmə gətirib.
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ