Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü və Donbasın Rusiyanın nəzarətinə verilməsini nəzərdə tutan yeni sülh planına qarşı çıxır.
Zelenski bunun əvəzinə Ankaraya yollanaraq Avropa tərəfdaşları ilə birlikdə hazırlanan alternativ sənədi təqdim etməyə hazırlaşırdı. Məlumata görə, həmin sənədin Moskva tərəfindən qəbul olunacağı ehtimalı çox aşağıdır.
Mənbələrin bildirdiyinə görə, Trampın planının hazırlanmasında Qətər və Türkiyə də iştirak edir. Hətta yüksək vəzifəli bir qətər rəsmisi ötən həftə sonu Trampın xüsusi nümayəndəsi Uitkoffla Ukraynanın müdafiə naziri Rüstəm Umerov arasında keçirilən danışıqlarda iştirak edib.
Ukrayna rəhbərliyi hesab edir ki, Donbasın Rusiyaya verilməsi ölkənin suverenliyi üçün qəbuledilməzdir və Kiyev bu istiqamətdə təzyiqi qəbul etməyəcək.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ