Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Vladimir Zelenski rəsmi səfər çərçivəsində Türkiyəyə gedib.
Musavat.com xəbər verir ki, Prezidentin təyyarəsi hava limanına enərkən onu qarşılayanlar arasında Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov da olub.
Qeyd edək ki, bir müddət əvvəl bəzi KİV-lərdə Umerovun iddia edilən şəkildə Ukraynaya qayıtmaqdan imtina etdiyi barədə məlumatlar yayılmışdı. Onun Zelenskini Türkiyədə qarşılaması bu xəbərlərin doğruluğuna şübhə yaradır.
Səfərin proqramı və görüşlərin detalları hələ açıqlanmayıb.
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ