Onlayn ictimai-siyasi qəzet
Adam reketirdir, düzünəqulu reketlə məşğuldur. Düzdür, onu hamı dünyanın ən qüdrətli ölkəsinin prezidenti kimi tanıyır, amma bu, onun beynəlxalq miqyaslı reketir olmasına maneə deyil, hətta vasitədir.
Politologiya elmi onun sayəsində yeni bir termin qazanacaq: prezident-reketir və ya ya reketir prezident. Söhbət Trampdan gedir.
İndi kimsə etiraz edə bilər ki, yox, elə deyil, belədir. Kimsə İstanbul şivəsi ilə “o kadar da uzunboylu deyil” deyə bilər.
Birincisi, Tramp uzunboyludur, boyu 1, 80-dən az deyil.
İkincisi, hələ baxaq görək, reket nə deməkdir. Reket İtalyanca “ricatto” ("şantaj") sözündəndir, hədə-qorxu, zorakılıq və girov götürmə yolu ilə xərac tələb etməyi nəzərdə tutur.
İndi təkcə bu ayın ikinci yarısında Tramp haqqında ölkə (eləcə də dünya) mediasında getmiş xəbələrin başlıqlarına baxaq. Onlar belədir:
Hələ bunlar son 10 gündə mediada gedən Trampa aid başlıqların kiçik bir hissəsidir. Yanvardan bəri adamın haqqında yüzlərlə bu cür xəbər gedib. Onların arasında bu cürləri də var: “Tramp Kanadaya 51-ci ABŞ ştatı olmağı təklif etdi”; “Tramp Danimarkadan Qrenlandiyanı tələb etdi”; “Tramp Panamadan okeanlararası kanalı istədi”; “Tramp İranı hədələdi”; “Tramp Çini təhdid etdi”; “Tramp Meksikaya ordu göndərmək fikrindədir” və sair və ilaxır. Hamısını yazsaq, bu yazı eləcə başlıqlardan ibarət olacaq.
İndi özünüz deyin, “hədələdi”, “təhdid etdi”, “tələb etdi”, “israrla istəyir”, “savaş elan etdi”, “şərt kəsdi”, “pul ödətdirir” kimi fellərlə bitən cümlələr əsasən hansı sahəyə və kimlərə xasdır.
Adam belədir, özünü mafiya babası kimi aparır, don Korloene yalandır, Tramp gerçək.
Özü də onun ondan-bundan tələb etdiyi xəraclar milyonlarla ölçülür. “Qızılbaş”ın xırda-xuruş məbləğlərlə işi yoxdur.
Heç kəsin ağlı türmədən yeni çıxıb gələn, məhəllə dükanına girib, “ala, brat, yatıb, çıxıb gəlmişəm, bundan sonra aybaay pulumu vərəcəksən, arağım, siqretim də sənlikdir” deyən və öz aləmində məhəllə çaplı reketir olmaq istəyən arıq-uruq sabiq məhkumlara getməsin. 5-6 il əvvəl eləsinin biri Müşviqabadda məhəllə dükanına girib elə deyib, mağaza sahibinin balaca qardaşı onu şillə-şapalağın altına salıb qovub.
Trampa qarşı heç kim elə deyə bilməz. Ser tutduğunu qopardır.
Bax, bu gün dünuada heç kim inanmır ki, Qətər əmiri 400 milyonluq “uçan saray”ı Trampa könüllü şəkildə, o “yaxşı oğlan” olduğu üçün hədiyyə edib. Bu, xəracdır. Əmirə deyiblər ki, yaxşı pullar qazanırsan, böyüklərlə bölməlisən. O da anlayıb ki, bəli, dünyanın vəziyyətinə baxan adam Trampdır, demək, ona yaxşı bir hədiyyə vermək lazımdır.
Adam iki daşın arasında Ukraynadan yeraltı sərvətləri tələb etmirdimi? Edirdi və hələ də edir. Çünki ABŞ Ukraynaya borc verib və geri almalıdır. Reketirlər borc məsələsində çox prinsipialdırlar. Borcunu verməyəni aparıb zirzəmiyə salırlar. Gərək Zelenski daha ABŞ-yə getməsin, tutub saxlayar, deyərlər, borcunu ödə, buraxaq.
Lap axırıncı dəfə Tramp Avropa ölkələrindən tələb edib ki, bizneslərini Amerikaya köçürsünlər və ABŞ dövlətinə haqq-hesab versinlər.
Bu söhbətdə yalan və şişirtmə yoxdur, sadəcə, hər şeyin öz adıyla adlandırılması, həqiqətin çılpaq deyilməsi var.
Görün, dünyaya nümunə olan ABŞ nə günlərə qalıb ki, onun başına “dövlət reketi” tətbiq edən bir adam keçib. Dünya ABŞ-dən demokratiyaya dəstək gözləyirdi.
Düzdür, onu ABŞ xalqı seçib və guya ki, biz amerikalıların seçiminə hörmət etməliyik. Bu da havayı söhbətdir. Ona qalsa, 1933-də Hitleri alman xalqı seçmişdi, sonrası necə oldu? Sonra o oldu ki, bu seçimə görə xalq bərk peşman oldu və dünya birliyi hələ də həmin seçimə görə alman xalqını qınayır.
Tramp da bu hərəkətləri və reketliyi ilə dünya xalqlarını və ABŞ xalqını çox peşman edəcək.
P.S. Psixi problemləri olan şeytan deyir ki, dünyada bircə reketir-prezident elə Trampdırmı. Yox, niyə ki. Bir-ikisi də var. Kimin ballistik raketi əlinə yoğun gəlir, başqalarından mütləq nəsə tələb edir.
04 Iyun 2026
02 Iyun 2026
30 May 2026
22 May 2026
20 May 2026
18 May 2026
16 May 2026
14 May 2026
12 May 2026
09 May 2026
07 May 2026
05 May 2026
03 May 2026
01 May 2026
30 Aprel 2026
28 Aprel 2026
25 Aprel 2026
23 Aprel 2026
21 Aprel 2026
19 Aprel 2026
16 Aprel 2026
14 Aprel 2026
12 Aprel 2026
10 Aprel 2026
07 Aprel 2026
05 Aprel 2026
02 Aprel 2026
31 Mart 2026
28 Mart 2026
26 Mart 2026
ŞƏRHLƏRŞƏRH YAZ