Onlayn ictimai-siyasi qəzet
Bir xalqın ən böyük faciəsi onun taleyini başqalarının həll eləməsidir. Nə yaxşı ki, Azərbaycan bu fürsəti və ya “lüksü” heç bir qlobal gücə, özəlliklə bədnam “Minsk üçlüyü”nə tanımadı – buna çox ciddi cəhdlər olsa da. Məsələni enində-sonunda özü “çürütdü”.
Oxşar tale yaşayan Ukrayna və onun xalqı bu yolun harsındadır, hələlik naməlumdur. Trampla Putinin 2 saat 45 dəqiqə çəkən Alyaska görüşündə də suala birmənalı cavab tapılmadı. Düzdür, hər hansı sənəd imzalanmasa da ABŞ lideri bəyan edib ki, bir çox məsələlərdə anlaşma əldə olunub və az sayda məsələ açıq qalır ki, o da Zelenskidən asılıdır. Yəni hər şey onun əlində.
“İndi məsələ Prezident Zelenskinin əlindədir və mən həmçinin deyərdim ki, Avropa ölkələri bir az müdaxilə etməlidir. Lakin bu, Prezident Zelenskinin işidir. Düşünürəm ki, biz hazırıq və əgər onlar istəsə, mən növbəti görüşdə olacağam. İndi onlar Zelenskinin Putinlə görüşünü təşkil etməyi planlaşdırır”, - Tramp Alyaska danışıqlarından az sonra “Foks Nyus” telekanalına müsahibəsində deyib.
Hansı “məsələ” Zelenskinin əlindədir? Axı az qala uşağa da bəllidir ki, bu, Ukrayna-Rusiya müharibəsindən çox ABŞ-Rusiya savaşıdır. Həm də bir nüfuz savaşıdır...
Putin isə Trampla keçirilən mətbuat konfransında “ekzotik” sayılacaq ifadə işlədib. Bildirib ki, “Ukraynanın da təhlükəsizliyi təmin edilməlidir”. Kreml başçısı beləcə guya Kiyevə reverans edib, vəd verib. Rusiyanın isə nəinki sözü, heç imzası da etibarlı deyil. Bunu kim bilməsə də biz azərbaycanlılar, bir də artıq ukraynalılar yaxşı bilir.
Bəzi xırda xatırlatmalar. 1994-cü ildə, hələ Yeltsin dönəmində Rusiya nüvə başlıqlarını Moskvaya təhvil verməyin qarşılığında Ukraynanın ərazi bütövlüyü və suverenliyinə Budapeşt sənədi ilə yazılı zəmanət vermişdi. Düz 20 il sonra (2014) Putin Rusiyası Krımı işğal elədi. Ən absurdu odur ki, Putin işğaldan illər öncə telekameralar önündə “Krımın işğalı axmaqlıq olardı" söyləmişdi. Belə bir adamın təhlükəsizliklə bağlı vədi nə dərəcədə sanbal daşıya bilər?..
Yaxud Putinin Ukraynaya qarşı hərbi təcavüzündən iki gün əvvəl (22.02.2022) Azərbaycan Prezidenti ilə imzaladığı Moskva Bəyannaməsi. Harada ki, tərəflər bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət edəcəyi, öz ərazilərindəki separatizmə, terrorizmə qarşı birgə mübarizə aparacağı, ikitərəfli münasibətlərə xələl gətirəcək addımlardan çəkinəcəkləri haqda öhdəliklər yer alır.
Sözü imzası olan Bakı bu sənədə də sadiq qaldı. Qroznı səması üzərində vurulan mülki təyyarəmizlə bağlı Moskvanın ikitərəfli əlaqələrə dağıdıcı zərbə vuran qeyri-dost və destruktiv mövqeyi, təkəbbürlü velikorus yanaşması öz yerində, anlaşmanın mürəkkəbi qurumamış Rusiya hərbi kontingenti Qarabağda separatçılarla əlbir olub Azərbaycana qarşı yeni-yeni hoqqalardan çıxdı.
O sırada separatçı-quldur birləşmələrinə hərbi-texniki dəstək artırıldı, hətta onlarla birgə təlimlər keçirildi, rəsmi Bakının razılığı olmadan Xankəndidə, Xocalıda xalqımıza həqarət xarakterli heykəllər qoyuldu və bütün bu demarşlar azmış kimi, mifik “Rus icması”nın yaradılmasına və erməni sakinlərə Rusiya pasportlarının paylanmasına başlanıldı.
Gəl ki, arzuları gözlərində qaldı. Çünki Azərbaycan öz taleyini başqalarının həll etməsinə şans tanımadı. Nə qədər çətin olsa belə, Ukrayna xalqının da ayrı yolu yoxdur...
Və sonda. Trampın Alyaskada söylədiyi “Rusiya böyükdür, Ukrayna isə yox, ona görə Kiyev bunu nəzərə almalı, anlaşmaya getməlidir” sözlərinin nəyin anonsu olduğu az sonra yəqin ki, bilinəcək. Dəqiq olan budur ki, əgər siz masa arxasında müstəqil subyektlərdən biri deyilsinizsə, masa “üstündə” bölüşdütrüləcək obyekt olacaqsız.
Alyaskada beynəlxalq hüquq “dəfn” edildimi? Cavabı öyrənməyə bir şey qalmayıb...
25 Avqust 2026
21 Avqust 2026
17 Avqust 2026
14 Avqust 2026
12 Avqust 2026
07 Avqust 2026
05 Avqust 2026
31 Iyul 2026
29 Iyul 2026
25 Iyul 2026
21 Iyul 2026
17 Iyul 2026
15 Iyul 2026
11 Iyul 2026
10 Iyul 2026
06 Iyul 2026
04 Iyul 2026
01 Iyul 2026
30 Iyun 2026
24 Iyun 2026
19 Iyun 2026
10 Iyun 2026
08 Iyun 2026
06 Iyun 2026
02 Iyun 2026
30 May 2026
26 May 2026
23 May 2026
20 May 2026
18 May 2026
ŞƏRHLƏRŞƏRH YAZ