İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan BU TƏLƏYƏ düşməyəcək!

ABŞ-dəki “kölgə kəşfiyyatı” kimi tanınan “Stratfor” analitik mərkəzinin Güney Qafqazla bağlı yeni təhlilində bəzi ziddiyyətli məqamlar yer alıb. Hesabatda öncə bildirilir ki, bu ilin üçüncü rübündə, yəni, 7 iyun seçkilərindən sonra İrəvan qərbyönlü siyasətini davam etdirəcək, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına çalışacaq.

Lakin daha sonra yeni parlamentdə hakim partiyanın 2/3 konstitusion çoxluğa malik olmaması əsas götürülərək vurğulanır ki, Nikol Paşinyan bu səbəblə böyük ehtimalla, konstitusiyaya dəyişikliyi ilə bağlı Bakının məlum tələbini yerinə yetirməyəcək.

“Cənubi Qafqazda Rusiyanın zəifləyən təsirindən yararlanmağa çalışan Türkiyə isə vəziyyətdən istifadə etməyə çalışaraq, Azərbaycanı Paşinyanın yenilənmiş mandatını sülh sazişinin imzalanması yönündə irəliləyiş üçün fürsət kimi qiymətləndirməsinə təşviq edə bilər. Eyni zamanda, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi tələbinin daha sonrakı mərhələyə saxlanılması da mümkün görünür”, - mərkəz analitikləri qeyd edib...

Amma Paşinyan hökumətinin əlində alternativ variant var. Bu da odur ki, referendum haqda qanuna görə, tərəfdarlarının 300 min imzasını toplamaqla o, referendum prosesinə start verə bilər. Görəsən “Stratfor” analitiklərinin bu qanunverici normadan xəbəri yoxmu? Bu nədir, vicdanlı yanlış, yoxsa?

Stratfor: Россия в 2017 году усилит свое влияние на Кавказе

HAŞİYƏ: Ermənistan qanunlarına görə, 50 min səs toplandıqdan sonra layihə parlamentə təqdim olunur. Əgər parlament dəstəkləməzsə, təşəbbüskarlar 60 gün ərzində 300 min imza toplamaqla məcburi referendum təşkil etmək hüququ qazanırlar. O halda parlamentin və hökumətin icazə hüququ itir.

Üstəgəl, yeni parlamentdə təşəbbüsə “yaşıl işıq” yandırmaq üçün hakim partiyaya cəmi 6 əlavə deputat səsi lazımdır. Müxalif düşərgədən (xüsusın də biznes dairələrinə bağlı şəxslərdən) 6 deputatla anlaşmaq hakim partiya üçün çətinlik törətməz. Qısacası, hər iki variant aktualdır və hər hansı bəhanəyə yer qalmır...

O ayrı məsələ ki, Nikol Paşinyan referendumda ümumi seçicilərin ən azı, 50%-inin iştirakına nail olmalı, onların da yarıdan çoxu yeni (50%+1) konstitusiyaya “hə” deməlidir. Özü də bu rəqəm (“hə” deyənlər) ölkə üzrə ümumi seçicilərin dörddə birindən (25%) az olmamalıdır. Bu da 600 mindən bir az çox edir (7 iyun seçkilərində hakim partiya bundan da çox səs toplayıb).

Çətindir, amma tamamilə mümkündür. Bunun üçün isə cəmiyyətdə təbliğat işləri gücləndirlməlidir. Ancaq bu erməni tərəfinin problemi...

Bütün hallarda Bakının prinsipial mövqeyi dəyişməz qalır: Azərbaycan ona rəsmən ərazi iddiasını davam etdirən bir ölkə ilə, üstəlik, qonşu ölkə ilə heç nə olmayıbmış kimi, sülh müqaviləsini imzalayıb normal əlaqələr qura bilməz. Bu, elementar məntiqdən uzaqdır. Axı kim zəmanət verə bilər ki, Azərbaycan və Türkiyə hesabına iqtisadi cəhətcə güclənən Ermənistan günün birində indiki konstitusiyanı əsas götürüb Azərbaycana qarşı təzədən ərazi iddiası ilə bağlı axmaq planlar qurmayacaq?

Bakı bu tələyə düşməyəcək! Biz bu problemi hər hansı şəkildə gələcək nəsillərə saxlaya bilmərik. O üzdən də Azərbaycan bunca bəla-müsibətlərdən sonra Nikol Paşinyan hakimiyyəti ilə deyil, erməni xalqı ilə sülh anlaşması imzalamaq niyyətindədir. Elə bir sənəd ki, bütün zamanlar və iqtidarlar üçün keçərli olsun. Bu, bizim ana südü qədər halal haqqımız...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

17 Iyul 2026

15 Iyul 2026

11 Iyul 2026

10 Iyul 2026

06 Iyul 2026

04 Iyul 2026

01 Iyul 2026

30 Iyun 2026

24 Iyun 2026

19 Iyun 2026

10 Iyun 2026

08 Iyun 2026

06 Iyun 2026

02 Iyun 2026

30 May 2026

26 May 2026

23 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

15 May 2026

13 May 2026

09 May 2026

06 May 2026

05 May 2026

03 May 2026

01 May 2026

27 Aprel 2026

25 Aprel 2026

21 Aprel 2026