Onlayn ictimai-siyasi qəzet
ABŞ və İsrailin İranla hərbi qarşıdurmasının 15-ci günüdür. Ancaq hələ ki, “ağ bayraq” qaldıran yoxdur.
Belə fikir var ki, ilk olaraq hansı tərəf geri addım atsa və ya güzəştə hazır olduğunu bəyan eləsə, o da dərhal məğlub sayılacaq. Bunun ABŞ olacağını düşünmək mümkünsüz. Bir neçə səbəbdən.
Əvvəla, Birləşmiş Ştatlar dünyada 1 nömrəli super-hərbi gücdür. Onun silah-sursat, raket, qırıcı problemi heç vaxt olmayacaq. Bu dövləti tükətmək mümkünsüz. Qısası, zəif “bənd” o deyil.
İkincisi, savaş həm ABŞ, həm də Prezident Donald Tramp və onun Respublikaçılar Partiyası üçün son dərəcə prinsipial və kritik əhəmiyyət daşıyır. Bu, yalnızca Trampın yox, ümumən İranla köhnə haqq-hesabı olan Amerikanın (gecikmiş) müharibəsi. Təsadüfi deyil ki, bu günlərdə Ağ Ev başçısı beləcə də deyib ki, o, sələflərinin ürək eləmədiyi bir qərarı verib.
Üçüncüsü, savaşa davam üçün ABŞ hökuməti önündə hüquqi əngəl yoxdur. Mövcud qanunvericiliyə görə, Tramp Konqresin razılığı olmadan azı, 3 ay müharibə apara bilər. Ondan sonra da respublikaçı çoxluğun Prezidentə razılıq verməsi istisna deyil...

Məlumatlı “Axios” nəşri isə özünün etibarlı mənbəyinə istinadla yazıb ki, hazırda Pentaqon və Vaşinqtonun əsas hədəfi SEPAH-ı o dərəcədə zəiflətməkdir ki, ölkədə daxili üsyan baş qaldırsın.
ABŞ, həmçinin, İranın yeni ali rəhbəri Müctəba Xamenei ilə bağlı məlumat toplayanlara böyük məbləğdə mükafat vəd edib. Dövlət Departamenti cümə günü yaydığı açıqlamada oğul Xamenei haqda etibarlı məlumat verən şəxslərə 10 milyon dollar mükafat veriləcəyini bildirib. Qeyd olunub ki, söhbət onun yeri və fəaliyyəti barədə dəyərli informasiya təqdim edən şəxslərin mükafatlandırılmasından gedir.
Bu o anlama gəlir ki, rəsmi Vaşinqton təzə dini liderin legitimliyini və elan elədiyi kursu qəbul etmir. Bir növ Nikolas Maduro kimi. Onunla bağlı da ABŞ vaxtilə mükafat vəd eləmişdi. Sonrası bəlli. Müqayisə ola bilsin qüsurludur, amma görünən budur ki, Birləşmiş Ştatlar İran rejiminə təzyiqləri getdikcə artırmaqla sonuncunun əsas dayaq sütununu – SEPAH-ı geridönməz şəkildə laxlatmağa və sarsıtmağa çalışacaq...
Məlumdur ki, bu cür rejimlərin möhkəmliyi xalqın dəstəyindən daha çox, güc aparatının monolitliyinə bağlıdır. Dərin və köklü dəyişiklik bu monolitliyin hansısa şəkildə aradan qalxmasını diktə edir – ya daxili faktorlar hesabına, ya da xarici təsir-təzyiq yolu ilə.
İstisna deyil ki, hansısa mərhələdə belə də olsun. Yəni, ölkənin viran qoyulmasına görə məsuliyyət təkcə xarici hərbi müdaxilənin, ABŞ və İsrailin yox, ilk növbədə mövcud rejimin üzərinə qoyulsun. Hakimiyyətdə parçalanma o zaman labüd şəkil ala bilər...
Yeri gəlmişkən, Müctəba Xamenei 88 nəfərlik Ekspertlər Şurasının təxminən 60 faizinin səsini alıb. Belə çıxır ki, 40 faiz onun tərəfdarı deyil və bacarığına şübhə edir. Halbuki ölkənin indiki böhranlı durumu 100 faizlik dəstəyi diktə edir(di).
Bu o deməkdir ki, yeni rəhbərin bu mürəkkəb dönəmin öhdəsindən gələcəyinə hakim elitanın öz daxilinddə kifayət qədər inamsızlıq var. Hətta parlamentdə kiçik Xomenei əleyhinə kinayəli fikirlər səslənmişdi. Bunu hakimiyyətdəki parçalanmanı ilk əlaməti və lider probleminin təzahürü də saymaq olar. Bu parçalanma nə qədər və hara kimi sürəcək, dərinləşəcəkmi? Onu görəcəyik.
Bir şeyi inamla söyləmək olar ki, üçüncü ABŞ-İran müharibəsi yəqin ki, olmayacaq. Çünki indiki amansız savaş, nəhayət, əksər “i”-lərin üzərinə nöqtələri qoyacaq...
21 Iyul 2026
17 Iyul 2026
15 Iyul 2026
11 Iyul 2026
10 Iyul 2026
06 Iyul 2026
04 Iyul 2026
01 Iyul 2026
30 Iyun 2026
24 Iyun 2026
19 Iyun 2026
10 Iyun 2026
08 Iyun 2026
06 Iyun 2026
02 Iyun 2026
30 May 2026
26 May 2026
23 May 2026
20 May 2026
18 May 2026
16 May 2026
15 May 2026
13 May 2026
09 May 2026
06 May 2026
05 May 2026
03 May 2026
01 May 2026
27 Aprel 2026
25 Aprel 2026
ŞƏRHLƏRŞƏRH YAZ