Onlayn ictimai-siyasi qəzet
Ən yaxşı müdafiə hücumdur. Belə görünür ki, Ermənistan Baş naziri Nikol Paşinyan həm öz hakimiyyətini qorumaq, həm də sülh müqaviləsinin yolunu təmizləmək üçün yaxınlaşan seçkilərədək Rusiyaya bağlı radikal-revanşist müxalifətə və kilsəyə, eləcə də “5-ci kolona” qarşı məhz belə bir taktikanı tərcih edəcək. Bu da təzə fakt.
Ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bu gün Gümrü meri Vardan Quksaytna da daxil, 8 nəfərin həbsini əks etdirən video yayımlayıb. Onlar külli miqdarda rüşvət almaq və verməkdə təqsirləndirilirlər. Ötən həftə bir qrup din xadiminin həbsinin ardınca bu, növbəti hay-küylü tutuqlanma sayıla bilər...
Məsələ ondadır ki, Qukasyan Rusiyaya bağlı müxalifətin odioz təmsilçisi sayılır. Gümrüdəki son mer seçkilərində hakim “Mülki Müqavilə” partiyası qalib gəlsə də, 50%-lik üstünlüyə malik olmadığı üçün müxalifət fraksiyaları birləşərək onu mer postuna gətirmişdilər. Hətta eyni modelin qarşıdakı parlament seçkilərində təkrarlana biləcəyinə və Paşinyanı seçki yolu ilə hakimiyyətdən salacaqlarına ümidli idilər. Daha dəqiqi, ümidlidirlər.
Amma sən saydığını say, gör Paşinayan nə sayır. Baş nazir bununla əslində bir neçə “dovşan” vurmuş olur. Əvvəla, seçkilər ərəfəsi radikal müxalifətin rüşvətxor-korrupsioner imicini gücləndirməklə onun olan-qalan nüfuzunu da puç edir. İkinci yandan, keçmiş xunta rejiminin hər hansı formada bərpasının nə dərəcədə təhlükəli olduğunu bir daha ictimai rəyə aşılayır...
Bu, əlbəttə Azərbaycanın da maraqlarına da uyğundur. Çünki bizə sülh prosesini tamamlamaq və iki xalq arasında konflikt səhifəsini həmişəlik qapatmaq lazımdır. Bu isə yalnız Nikol Paşinyan komandası ilə mümkündür. Kremlə bağlı radikal-revanşistlər prosesə maksimum əngəl olmağa çalışacaqlar.
Səbəb bəlli: iki qonşu arasında münaqişə bitəndən və sülh müqaviləsi imzalanandan, ardınca Türkiyə- Ermənistan münasibətləri normallaşandan sonra Rusiyanın həmin o Gümrüdəki hərbi bazasına, sərhəddə “FSB” hərbçilərinə, bütövlükdə Ermənistandakı mövcudluğuna lüzum qalmayacaq. Odur ki, hamı tələsir - həm hakimiyyət və onun “rəngarəng” opponentləri, həm də təbii ki, Rusiya...
Azərbaycan isə Paşinyan hökuməti ilə deyil, Ermənistanla, erməni xalqı ilə sülh müqaviləsi imzalamaq niyyətindədir. Yəni bütün zamanlar və hakimiyyətlər üçün hüquqi qüvvəsini saxlayacaq bir sənəddən söhbət gedir. Bakı konstitusiya məsələsində məhz bu səbəbə israr və prinsipiallıq göstərir. Yoxsa avqustun 8-də Ağ Evdə sülh müqaviləsi imzalana da bilərdi.
Rusiyaya gəlincə, şəkk-şübhə yox ki, rəsmi Moskva əlindən gələni edəcək ki, Ermənistandakı seçkilərdə hakim partiya qalib gəlməsin. Yaxud qələbə qazansa belə, parlamentdə 50%-lik üstünlüyə malik olmasın. Bu, dinc variantdır. “B planı” da istisna deyil. Sui-qəsd variantını deyirik...
Əlbəttə, artıq 8 ildir hakimiyyətdə olan Paşinyan riskləri ciddiyə almaya bilməz. Ona da şübhə yox ki, Qərb, özəlliklə də onun lokomotivi ABŞ təhlükəsizliklə bağlı Ermənistan hökumətini zəruri kəşfiyyat məlumatları ilə təmin edir və edəcək. Xüsusən də Ağ Evdə Tramnla birgə məlum sənədlərin imzalanmasından sonra.
Unutmayaq, İrəvandakı Amerika səfirliyi əməkdaşların sayına görə, MDV-də ən böyük, dünyada isə ikinci böyük diplomatik nümayəndəlikdir. Bu da təsadüfi deyil ki, Qərbin insan haqları təşkilatları Paşinyanın içəri atdırdığı şəxslərlə bağlı (Rusiyalı oliqarx-milyarder Samvel Karapetyan, din xadimləri və s.) indiyədək ciddi etiraz bildirməyib.
Nəhayət, erməni cəmiyyəti əgər 44 günlük müharibədən sonra keçirilən (2021) parlament seçkilərində Paşinyan partiyasını qalib edibsə, niyə də daha bir dəfə ona mandat verib qonşularla barışıq prosesinin yekunlaşmasını təmin eləməsin? 2021-də sülh istəyən bir xalq, 2026-da, qüvvələr balansının tam dəqiqləşdiyi vaxtda müharibə partiyasınamı səs verəcək? Bu ki intihar olar(dı)...
25 Avqust 2026
21 Avqust 2026
17 Avqust 2026
14 Avqust 2026
12 Avqust 2026
07 Avqust 2026
05 Avqust 2026
31 Iyul 2026
29 Iyul 2026
25 Iyul 2026
21 Iyul 2026
17 Iyul 2026
15 Iyul 2026
11 Iyul 2026
10 Iyul 2026
06 Iyul 2026
04 Iyul 2026
01 Iyul 2026
30 Iyun 2026
24 Iyun 2026
19 Iyun 2026
10 Iyun 2026
08 Iyun 2026
06 Iyun 2026
02 Iyun 2026
30 May 2026
26 May 2026
23 May 2026
20 May 2026
18 May 2026
ŞƏRHLƏRŞƏRH YAZ