Onlayn ictimai-siyasi qəzet
ATƏT-in builki sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Minsk qrupu ilə bağlı diqqətçəkən açıqlama verib. O, qurumun bağlanması qərarını Azərbaycan-Ermənistan sülh prosesinə həyati əhəmiyyətli dəstək adlandırıb. Diplomat bu haqda dünən ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasındakı çıxışı zamanı deyib.
Şəksiz, təşkilat sədrinin bu bəyanatı erməni revanşistlərə ağır və tərs bir şillədir. Hansılar ki, son anadək üzdəniraq Minsk qrupu hesabına, xüsusən də keçmiş həmsədr Rusiyanın köməyi ilə köhnə münaqişənin beynəlxalq gündəmə qaytarılacağını xəyal edirdilər. Ümidləri suya düşdü. Heç Moskva da MQ-yə “ikinci həyat” verə bilmədi...
Yeri gəlmişkən, ATƏT sədri ilə eyni gündə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Paşinyanın Minsk qrupu həmsədrlərinin materiallarını və liderlərin yazışmalarını onların razılıq olmadan ictimailəşdirməsinə etiraz edib. Bildirib ki, “bu paylaşımlar İrəvanın irəli sürməyə çalışdığı narrativi sarsıtmaqla yanaşı, Rusiyanın 30 ildir münaqişənin həlli üçün ardıcıl səylər göstərdiyini təsdiqləyir”.
Həmin “ardıcıl səylərin” nədən ibarət olduğunu isə kim bilməsə də Azərbaycan xalqı yaxşı bilir. Onu da bilirik ki, konfliktin on illərlə həll olunmamış qalmasına görə əsas məsuliyyət məhz Moskvanın üzərindədir. Çünki Kreml daima münaqişənin ədalətli çözümünə yox, onu idarə eləməklə Azərbaycan və Ermənistanı öz orbitində saxlamağa çalışıb.
Təsadüfi deyil ki, Rusiya Zaxarovanın dilindən növbəti dəfə Paşinyanı Qarabağı Azərbaycanın tərkib hissəsi elan elədiyi üçün qınayıb. Guya erməni baş nazir məsələdə tələsib. Çünki iddiasına görə, guya 10 noyabr (2020) kapitulyasiya sənədi imzalanarkən “üç lider arasında Dağlıq Qarabağın statusunu sonraya saxlamaq barədə qeyri-formal anlaşma olub”.
![]()
Lap tutaq, belə şey olub. Axı onu elə Moskva və İrəvan pozub. Necə?
Sadalayaq: 10 noyabr sənədinin bəndlərini sabotaj eləməklə, Rusiya “sülhməramlı” kontingentin pozucu əməlləri ilə, o sırada Azərbaycan dövlətinə qarşı xunta rejimini daha da silahlandırmaqla, separatçılarla “çaşka-lojka” olub qanunsuz birləşmələrin daha da azğınlaşmasına şərait yaratmaqla, “Laçın dəhlizindən” humanitar deyil, hərbi məqsədlər üçün istifadə eləməklə. Qarabağda qondarma “rus icması” yaratmağa başlamaqla.
Hələ biz Xocalıda Azərbaycan xalqına, onun tarixi və mədəni irsinə dəxli olmayan heykəllərin Bakının izni olmadan qoyulmasını demirik. Biz həmçinin Rusiya Müdafiə Nazirliyinin bülletenlərində qədim yer adlarımızın uydurma erməni adları ilə göstərməsini, rus hərbi kontingentin Xocalıdakı qərargahı önündə Rusiya, Ermənistan bayraqları və xuntaçıların əski parçasının yan-yana asıldığını da unutmamışıq (şəklə diqqət!). Torpağın qanuni və tarixi sahibinin üçrəngli bayrağı isə orada nədənsə yox idi.
Nəticə bəlli: Bakı 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatı keçirməli oldu. Ondan sonra nə status, nə “centlmen anlaşması”? Məgər Rusiya və Ermənistan liderləri özlərini “centlmen” kimi apardılar? Özü yıxılan ağlamaz. Artıq sülh müqaviləsi paraflanıb, status isə çoxdan cəhənnəmlik olub - Kremlin iki xalqı yenidən toqquşdurmaq xülyası ilə birgə...
17 Avqust 2026
14 Avqust 2026
12 Avqust 2026
07 Avqust 2026
05 Avqust 2026
31 Iyul 2026
29 Iyul 2026
25 Iyul 2026
21 Iyul 2026
17 Iyul 2026
15 Iyul 2026
11 Iyul 2026
10 Iyul 2026
06 Iyul 2026
04 Iyul 2026
01 Iyul 2026
30 Iyun 2026
24 Iyun 2026
19 Iyun 2026
10 Iyun 2026
08 Iyun 2026
06 Iyun 2026
02 Iyun 2026
30 May 2026
26 May 2026
23 May 2026
20 May 2026
18 May 2026
16 May 2026
15 May 2026
ŞƏRHLƏRŞƏRH YAZ