İnsanlara hürriyət, millətlərə istiqlal!

1 həftə gecikən ittiham – iki nazir kansleri Rusiyanı qınamaqdan çəkindiribmiş

Almaniya kansleri Fridrix Merts Leypsiq hava limanında baş verən dron hadisəsində Rusiyanın günahkar olduğunu bəyan etmək istəsə də, nazirlər onu bunu etməməyə razı salıbmışlar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Merts avqustun 25-də bildirib ki, Berlin tezliklə Leypsiq hadisəsində məsul şəxslərin adını çəkəcək.

“Şpigel” nəşrinin məlumatına görə, Merts avqust ayında tətildə olarkən istintaqla bağlı gündəlik yeniliklər alıb. 25-26 avqust tarixlərində hökumət Noyhardenberqdə qapalı iclas keçirib. Ölkə iqtisadiyyatının vəziyyətinə həsr olunsa da, Merts daxili işlər naziri Aleksandr Dobrindt və xarici işlər naziri Yohann Vadeful ilə ayrıca görüş keçirib. Kanslerin təhlükəsizlik üzrə müşaviri Günter Sautter də görüşdə iştirak edib.

“Spigel” qeyd edir ki, Merts Rusiyaya qarşı ictimai ittihamları mümkün qədər tez irəli sürmək istəyiib, lakin iki iştirakçı ona “yalvararaq" fikrindən daşındırıb. Dobrindt bunun istintaqa təzyiq olacağı ilə izah edib, Vadeful isə deyib ki, bu halda XİN Moskvanın Almaniyaya qarşı cavab tədbirləri görməsinə hazırlaşmalıdır və ayrıca diplomatlara qarşı da tədbirlər görülməlidir.

Kansler nazirlərə əlavə vaxt verməyə razı olub və müşavir Sautterə nazirlərlə birgə bəyanat hazırlamağı tapşırıb.

Sentyabrın 1-də isə Almaniya hökuməti avqustun əvvəlində Leypsiq/Halle hava limanında baş verən dron hadisəsində rəsmi olaraq Rusiyanı günahlandırıb və Bonndakı Rusiya baş konsulluğunun bağlandığını, Berlindəki “Rus evi”nin fəaliyyətini dayandırdığını və digər tədbirləri elan edib.

Berlindəki Rusiya səfirliyi hadisəni tələsik hazırlanmış təxribat adlandırıb və qeyd edib ki, bu, "yalnız Kiyevin və Avropa siyasi sinfinin militarist qanadının məqsədlərinə xidmət edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR