İnsanlara hürriyət, millətlərə istiqlal!

33 il əvvəl itkin düşmüş icra nümayəndəsinin nəşi tapıldı - FOTO

Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalı zamanı itkin düşmüş Zar kənd icra nümayəndəsi Bahadur Kamalovun nəşi 33 ildən sonra tapılıb.

Musavat.com Subyekt.az-a istinadən xəbər verir ki, Bahadur Kamalovun cəsədi Kəlbəcərdə Zar kəndinə yaxın ərazidə tapılıb.

B. Kamalov rayon işğal olunan zaman erməni silahlıları tərəfindən qətlə yetirilibmiş. 1993-cü ilin aprelindən indiyə qədər Bahadur Kamalovun adı işğal zamanı itkin düşmüş şəxslərin siyahısında olub. O, Kəlbəcərin işğalı zamanı mühasirəyə düşmüş 70 nəfər Azərbaycan hərbçisinə qoşularaq rayonun müdafiəsində iştirak etmiş və həmin döyüşlər zamanı itkin düşmüşdü.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR