Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu “Forsaj”da rol alacaq.
Musavat.com xəbər verir ki, bu barədə məşhur aktyor Vin Dizel bildirib.
O qeyd edib ki, Ronalduya xüsusi rol yazılıb:
“Hamı Kriştianu Ronaldunun “Forsaj”da olub-olmayacağını soruşurdu. Açığını desəm, bu xəbər doğrudur. Biz onun üçün “Los Bandoleros”da bir rol yazmışıq”.

Bu xəbər Ronaldunun pərəstişkarları tərəfindən sevinc və maraqla qarşılanıb.
Qeyd edək ki, seriyanın 11-ci filminin 2026-cı ildə tamaşaçıların ixtiyarına verilməsi gözlənilir.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ