İnsanlara hürriyət, millətlərə istiqlal!

80 yaşlı məşhur müğənnidən ÜZÜCÜ XƏBƏR – Elə bir paylaşım etdi ki...

Məşhur müğənni Emel Sayın səhhətində yaranan problemlər səbəbindən Bursa və İstanbul şəhərlərində keçirilməsi planlaşdırılan konsertlərini təxirə salıb.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, 80 yaşlı sənətçi bununla bağlı öz sosial media hesabında paylaşım edib:

“Dəyərli dinləyicilərim, təəssüf hissi ilə bildirmək istəyirəm ki, 14 iyun Bursa Açıq Hava, 17 iyun İstanbul Harbiye Açıq Hava konsertlərimizi təxirə salmaq məcburiyyətində qaldıq. Həmçinin bilmənizi istəyirəm ki, ciddi narahat olacağınız bir vəziyyətim yoxdur. Sadəcə olaraq, müalicə almalıyam. Mənə ünvanladığınız xoş arzular və dəstəyiniz üçün hər birinizə təşəkkür edirəm. Paylaşacağım videoda bu qərarı niyə verdiyimizi daha ətraflı izah edəcəyəm. Göstərdiyiniz anlayış və sevgi üçün minnətdaram”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR