İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ 40 milyon barel nefti bazara buraxır

ABŞ Energetika Nazirliyi Strateji Neft Ehtiyatından daha 40 milyon barel neftin bazara çıxarılması üçün tender elan edib.

Musavat.com nazirliyin saytında yerləşdirilən elana istinadən xəbər verir ki, ABŞ Texasdakı Big Hill və Bryan Mound anbarlarından 40 milyon barelə qədər neftin satışa çıxarılması üçün neft şirkətlərindən müraciətləri qəbul edir.

ABŞ administrasiyasının təklifinə əsasən, strateji ehtiyatdan neft almaq hüququ verilən şirkətlər 2027-ci ilin aprel ayından etibarən aldıqları həcmdən ən azı 7 faiz çox nefti geri qaytarmalı olacaqlar. Şirkətlərdən müraciətlər 6 oktyabr tarixinə qədər qəbul edilir.

Bundan əvvəl Reuters agentliyi ABŞ-ın Strateji Neft Ehtiyatının bazarı sabitləşdirmək üçün neftin buraxılması səbəbindən son 44 ilin ən aşağı səviyyəsinə - 283,8 milyon barelə düşdüyünə dair məlumat yayıb. ABŞ prezidenti Donald Tramp İranın Hörmüz boğazını bağlamasından sonra mart ayında 172 milyon barel neftin bazara buraxılmasına dair sərəncam imzalayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR