Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Hörmüz boğazında xam neft daşıyan tankerin hücuma məruz qaldığını bildirib.
Musavat.com xəbər verir ki, idarənin yaydığı təcili məlumata görə, göyərtəsində neft yükü olan tanker sol bortundan naməlum mərmi ilə vurulub.
İnsidentin baş verdiyi Hürmüz boğazı qlobal neft daşımalarının əsas strateji arteriyalarından biri sayılır. Hadisənin təfərrüatları, gəmiyə dəymiş ziyanın miqyası və hücumun kim tərəfindən həyata keçirildiyi barədə hələlik rəsmi açıqlama verilməyib.
Bu hücum Yaxın Şərq regionunda və Fars körfəzində dəniz ticarətinin təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb.
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ