İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Baş Qərargah rəisi ABŞ səfərini TƏCİLİ LƏĞV ETDİ - BÖYÜK TƏHLÜKƏ xəbərdarlığı

İsrail Müdafiə Qüvvələrinin (İDF) Baş Qərargah rəisi Eyal Zamir ölkədəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar oktyabr ayına planlaşdırılan ABŞ səfərini ləğv edib.

Musavat.com xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

Məlumata görə, Zamirin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri ilə görüşməsi planlaşdırılırdı.

Tərəflər İran ətrafındakı münaqişə və digər təhdidlərlə bağlı əməkdaşlığı müzakirə etməli idilər.

"Ynet" iddia edir ki, İsrail rəsmisi ABŞ tərəfinə ordunun yüksək döyüş hazırlığı vəziyyətində olduğunu nəzərə alaraq, ölkəni tərk etməyi və hadisələri xaricdən izləməyi doğru hesab etmədiyini bildirib.

Portal qeyd edir ki, təhlükəsizlik təhdidləri baxımından xüsusilə riskli dövr hesab edilən yəhudi bayramları ərəfəsində ordunun döyüş hazırlığı səviyyəsinin qaldırılmasına qərar verilib. Bundan əlavə, oktyabr ayında HƏMAS-ın hücumunun ildönümü ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Beləliklə, İsrail Müdafiə Qüvvələri yalnız təhdidlərin deyil, həm də ehtimal olunan insidentlərin qarşısını almağa hazırlaşır.

Əvvəllər İsrailin Baş naziri Binyamin Netanyahu da ölkəyə qarşı hücum təhlükəsinin olduğunu bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR