İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bu kritik sahəyə 3 milyard dollar yatırır

ABŞ administrasiyası mineral hasilatı layihələrinin inkişafına təxminən 3 milyard dollar sərmayə qoyur.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp mədən rəhbərləri ilə Dövlət Departamenti tərəfindən təşkil edilən görüşdə çıxışı zamanı bildirib.

Amerika liderinin sözlərinə görə, Pentaqon vasitəsilə Vaşinqton ştatında batareyalarda istifadə olunan materialların istehsalı üçün zavodun tikintisinə 1,4 milyard dollar ayrılacaq. Müdafiə Nazirliyi vasitəsilə Avstraliyada skandium hasilatı üçün 400 milyon dollar, Minnesotada nadir torpaq maqnit hasilatı üçün isə daha 150 milyon dollar sərf olunacaq.

Bundan əlavə, Arizonada mis hasilatı layihəsinin inkişafı üçün 1 milyard dollar ayrılacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR