Onlayn ictimai-siyasi qəzet
Müharibənin başlanğıcında İranın ABŞ-ın Bəhreyn dəki hərbi-dəniz bazasına endirdiyi zərbə Amerikanın Hərbi Dəniz Qüvvələrinin vacib logistika qovşağını sıradan çıxarıb.
Musavat.com xəbər verir ki, "The New York Times" qəzetinin yaydığı məlumatlara görə, baş verən hücum nəticəsində ABŞ HDQ təchizat marşrutunu dəyişməyə məcbur olub. Təchizat xətti İran yaxınlığında döyüş növbəsi çəkən Amerika təyyarədaşıyan gəmilərindən təxminən 2200 mil aralıda yerləşən Dieqo-Qarsiya bazasına yönləndirilib.
Mənbələr bildirir ki, marşrutun bu dərəcədə uzanması müəyyən resursların ciddi defisitinə, eləcə də "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinin heyəti üzərində əlavə yükün yaranmasına gətirib çıxarıb.
Hazırda gəmidəki 5 minə yaxın hərbi qulluqçu istirahət üçün limana daxil olmadan, artıq 9 aya yaxındır ki, fasiləsiz olaraq dənizdə açıq döyüş şəraitində qalmaqdadır.
Musavat.com
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ