İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə yeni sənədlər əldə edib

ABŞ Ədliyyə Nazirliyi Ceffri Epşteyn işi ilə bağlı yeni sənədlərin aşkarlandığını açıqlayıb.

Musavat.com xəbər verir ki, Nyu-York ştatının Cənub dairəsi üzrə prokurorluq və FBI Ədliyyə Nazirliyini məlumatlandıraraq, Epşteyn işi ilə əlaqəli ola biləcək bir milyondan artıq əlavə sənədin tapıldığını bildiriblər.

Nazirliyin açıqlamasında qeyd olunur ki, hazırda hüquqşünaslar sutka ərzində bu sənədləri araşdırır və qanunun tələblərinə uyğun olaraq, zərərçəkənlərin qorunması məqsədilə lazımi redaktələr aparırlar. Bildirilib ki, yoxlama prosesi başa çatdıqdan sonra sənədlər mümkün qədər tez ictimaiyyətə açıqlanacaq.

Rəsmi qurum vurğulayıb ki, açıqlanacaq materiallar Epşteyn işi üzrə araşdırmaların miqyasını daha da genişləndirə bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR