Onlayn ictimai-siyasi qəzet
ABŞ İran milli komandasının oyunçularına Dünya Kubokunda iştirak etmək üçün viza verib.
Musavat.com zəbər verir ki, məlumatı "Al-Arabiya" telekanalı yayıb. Ağ Ev sözçüsünə istinadən kanalın verdiyi məlumata görə, "İranlı oyunçulara ABŞ-a daxil olmaq üçün vizalar verilir".
İran milli komandasının ilk oyunu 15 iyunda Los-Ancelesdə keçiriləcək və İran komandası Yeni Zelandiya ilə oynayacaq. İranlılar həmçinin 2026-cı il Dünya Kubokunda Belçika və Misir komandaları ilə də oynayacaqlar.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio ölkəsinin İran futbolçuları deyil, komanda ilə gələcək əlavə heyətin tərkibində İran gizli xidməti əməkdaşlarının olması ehtimalına qarşı əlavə tədbirlər görür.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ