İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İrana qarşı görünməmiş sanksiyalar tətbiq edəcək – Bessent anonsunu verdi

ABŞ gələn həftənin əvvəlində İranı iqtisadi cəhətdən təcrid etməyə yönəlmiş "əvvəllər görünməmiş tədbirlər" elan etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, bunu ABŞ-ın maliyyə Naziri Skott Bessent Newsmax televiziya kanalında deyib: "Biz "Epik Qəzəb"dən (ABŞ-ın İrana qarşı hərbi əməliyyatının adı – red.) iqtisadi qəzəbə keçdik və prezidentin göstərişi ilə yenidən iqtisadi təzyiq səviyyəsini artıracağıq. Gələn həftə elanları gözləyin, çünki iqtisadi təcrid tarixində əvvəllər görünməmiş tədbirlər tətbiq edəcəyik".

Bessent qarşıdan gələn tədbirlərin təfərrüatlarını açıqlamayıb, lakin onların İranın dəniz blokadası ilə birlikdə işləyəcəyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR