İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ: İranın raket proqramını və donanmasını hədəf almışıq

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi bildirib ki, “Epik Qəzəb” adlandırılan əməliyyatın əsas məqsədlərindən biri İranın raket proqramının və hərbi-dəniz qüvvələrinin sıradan çıxarılmasıdır.

Musavat.com xəbər verir ki, ABŞ rəsmisi çıxışı zamanı vurğulayıb ki, əməliyyat həmçinin İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlib.

Diplomat qeyd edib ki, Vaşinqton regionda təhlükəsizliyin təmin olunmasını və müttəfiqlərinə qarşı mümkün təhdidlərin neytrallaşdırılmasını prioritet hesab edir. Onun sözlərinə görə, İranın raket potensialı və dəniz qüvvələri son aylarda artan gərginliyin əsas elementlərindən biri kimi qiymətləndirilir.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR