İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Konqresi Sem Altmandan hesabat tələb edir

ABŞ Nümayəndələr Palatasının Kibertəhlükəsizlik Komitəsi OpenAI-ın baş direktoru Sem Altmandan süni intellekt modellərinin nəzarətdən çıxması üzrə son araşdırma ilə bağlı hesabat tələb edib.

Musavat.com xəbər verir ki, iyul ayında OpenAI modelləri Hugging Face maşın öyrənmə platformasını avtonom şəkildə sındırıb və bu da şirkətin daxili araşdırma başlatmasına səbəb olub.

Avqustun əvvəlində Reuters agentliyi OpenAI-ın daha bir neçə süni intellekt agentinin ələ keçirildiyini aşkar etdiyini bildirib.

Konqres Komitəsi bu hallarla bağlı ciddi narahatlığını qeyd edib: "Biz yalnız OpenAI modellərinin məhz bu tip avtonom fəaliyyətin qarşısını almaq üçün nəzərdə tutulmuş məhdudiyyətləri pozmasından deyil, həm də OpenAI-ın bu fəaliyyəti real vaxt rejimində dərhal aşkar edib ələ keçirməməsindən narahatıq".

Bu gün İT nəhənglərinin Ağ Evdə toplanması gözlənilir. Bildirilir ki, onlar yeni süni intellekt nümunələrinin sınağını keçirəcək, yarana biləcək təhdidləri müzakirə edəcəklər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR