İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin bu nazirliyində ofis ləvazimatları tapılmır

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) qərargahının işçiləri iki aydan çox davam edən maliyyə məhdudluğu səbəbindən ofis ləvazimatlarının çatışmazlığından şikayətlənirlər.

Musavat.com xəbər verir ki, məlumatı CBS nazirlikdəki mənbələrə istinadən yayıb.

Onların sözlərinə görə, işçilər printer kağızını təkrar istifadə etməyə, köhnə sənədləri təhvil verməyə və boş tərəfə çap etməyə məcbur edilirlər. Anbar işçiləri həmçinin ofisdə kağız sancaqlarının tamamilə tükəndiyini və tezliklə printer mürəkkəbinin tükənəcəyini bildiriblər.

Adının açıqlanmasını istəməyən bir nazirlik rəsmisi CBS-ə bildirib ki, kibertəhlükəsizlik şirkətlərindən tutmuş tualet kağızı təchizatçılarına qədər demək olar ki, bütün tərəfdaşlar agentliyin maliyyə problemlərinə görə ödəniş almamaq riski səbəbindən DHS ilə sonrakı işləri dayandırıblar.

Daxili İşlər Nazirliyinin rəhbəri Markveyn Mullin daha əvvəl Fox News-a verdiyi açıqlamada bildirib ki, ABŞ Konqresinin agentliyin büdcəsini təsdiqləməməsi səbəbindən maliyyə çatışmazlığına görə DHS may ayının əvvəlində işçilərinə maaş ödəməyi dayandıra bilər.

Qeyd edək ki, Demokrat Partiyasının nümayəndələri Minneapolis, Minnesota ştatında immiqrantlara qarşı əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən iki ABŞ vətəndaşının güllələnməsindən sonra nazirlik üçün maliyyələşdirməni nəzərdə tutan qanun layihəsinə yenidən baxılmasını tələb ediblər. Bunan görə də nazirliyin maliyyələşdirilməsi qismən davam etdirilir.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR