İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin İrana HÜCUM PLANI SIZDIRILDI - Tramp son anda saxladı

"Fox News" telekanalı ABŞ hökumətinin ən yüksək səviyyələrində İrana qarşı planlaşdırılan hərbi əməliyyatla bağlı məxfi məlumatın sızdırıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumata görə, Ağ Ev həftəsonu üçün nəzərdə tutulan hücum planının mediaya hansı yüksək vəzifəli şəxs tərəfindən ötürüldüyünü müəyyənləşdirmək üçün təcili araşdırmalara başlayıb.

ABŞ prezidenti Donald Trampın sözlərinə görə, hücum planı təkcə İranın deyil, həm də Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi Fars körfəzi müttəfiqlərinin xahişi ilə dayandırılıb.

Xəbərdə vurğulanır ki, hazırda bölgədə 50 minə yaxın ABŞ hərbçisi, aviadaşıyıcı döyüş gəmiləri və qırıcı təyyarələr tam döyüş hazırliğı vəziyyətindədir.

Əməliyyatın məxfiliyini qorumaq üçün planın detallarının hətta İsrailin yüksək vəzifəli kəşfiyyat rəsmilərindən bilə gizlədildiyi iddia olunur.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR