İnsanlara hürriyət, millətlərə istiqlal!

“ABŞ səfiri Polşaya müstəmləkə kimi yanaşır” - vitse-spiker Beyat biyətə qarşıdır

“ABŞ səfiri Tom Rouz Polşaya müstəmləkə kimi yanaşır və polyakların ABŞ-yə olan etibarını sarsıdır”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Polşa Seyminin (parlamentin aşağı palatası) sədr müavini Maqdalena Beyat RMF24 radiosuna verdiyi müsahibədə bildirib.

O bildirib ki, bir diplomat olaraq, səfir Rouz sözlərini daha diqqətlə ölçüb-biçməlidir.

"Biz ABŞ-ın müstəmləkəsi deyilik; biz, əlbəttə ki, prezident Donald Trampın istəklərinə boyun əyməyə məcbur olan bir ölkə deyilik", - deyə Beyat davam edib.

Spiker müavini bu mülahizələri ABŞ səfirinin 2 fevralda ABŞ Nümayəndələr Palatası və İsrail Knessetinin sədrlərinin Trampa Nobel Sülh Mükafatı vermək təşəbbüsünü dəstəkləməkdən imtina edən Seym sədri Vlodzimej Çasti haqqında tənqidi fikirləri qarşı bildirib.

"Mən Trampın Nobel mükafatını qazanmaq cəhdlərini dəstəkləməyəcəyəm", - deyə Çasti o vaxt bildirib. "Diz çökərək tərəfdaşlarımızla danışıqlar aparmağımız mümkün deyil. Polşanın öz fikrini bildirmək hüququ var", - deyə o əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR