İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfirindən sensasional açıqlama: "Nil-dən Fərata qədər İsrailə verilsə..."

ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi jurnalist Taker Karlsona müsahibəsi zamanı Yaxın Şərqdə sərhədlərlə bağlı sensasiyalı fikirlər səsləndirib.

Musavat.com xəbər verir ki, Karlson diplomata “Tövratın Yaradılış kitabının 15-ci fəslinə əsasən bu, İsrailin regionun böyük hissəsinə - İordaniya, Suriya, Livan, həmçinin Səudiyyə Ərəbistanı və İraqın bəzi ərazilərinə hüququnun tanınması deməkdirmi?” sualını ünvanlayıb.

Hakabi isə cavabında mübahisəli mövqedən çıxış edib:

“Onların (İsrailin) bunların hamısını əldə etməsi pis olmazdı”.

Açıqlama “Nil-dən Fərata qədər” konsepsiyasına istinad kimi qiymətləndirilib və artıq sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Ekspertlər bu fikrin diplomatik mövqedən daha çox ideoloji yanaşma olduğunu və regionda yeni siyasi gərginlik yarada biləcəyini bildirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR