İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ SEPAH-ın hərbi məntəqələrinə raket zərbələri endirəcək - şok ssenari

ABŞ prezident Donald Tramp İrandakı etirazçılara “kömək yoldadır” deyərkən, qəti addımlar atacağına işarə edib.

Bunu Musavat.com-a, prezident Trampın İrandakı etirazçılara açıq dəstək verməsini şərh edən politoloq Elxan Şahinoğlu bildirib. Analitik qeyd edib ki, böyük ehtimalla ABŞ İslam Keşikçiləri Koprusunun hərbi məntəqələrinə raket zərbələri endirəcək. “12 günlük müharibədə İrana ilk olaraq İsrail zərbə vurmuş, daha sonra ABŞ bu prosesə qoşulmuşdu. Bu dəfə birinci ABŞ başlaya, ardınca İsrail İrana zərbələri davam etdirə bilər”.

E.Şahinoğlu qeyd edib ki, İran Prezidenti Məsud Peşezkian vəziyyətə nəzarəti tam itirib: “Pezeşkianın etirazların ilk günlərində “dialoq quraq” və “etirazçılara atəş açmayın” çağırışlarını eşidən olmadı. SEPAH öz bildiyini edir, əmr aili dini lider və generallardan gəlir. Onların itirəcəyi heç nə yoxdur, ona görə “öldür” əmri veriblər. Odur ki, qətliamın miqyası genişlənib”.

Politoloq bildirdi ki, M. Pezeşkianın yeni açıqlamasının da əhəmiyyəti yoxdur: “O yenə deyib ki, vətəndaşların dinc şəkildə etiraz etmək hüququ var və hökumət xalqın səsini dinləməyə hazırdır. Pezeşkian bunun ardınca, “eyni zamanda zorakılıq və iğtişaşlar qəbuledilməzdir və bu cür hallara qarşı sərt tədbirlər görüləcək”-söyləyib. İnsanlara atəş açanlar dinc etirazçılarla iğtişaşçılar arasında fərq qoymur, ölənlər arasında hər iki tərəfin nümayəndələri var. Dialoq imkanları tükənib, növbədə xarici müdaxilədir”.

Elşad,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR