Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Afaq Bəşirqızı nəvəsi Əhmədpaşanı hərbi xidmətə yola salıb.
Musavat.com xəbər verir ki, bu barədə Xalq artisti Afaq Bəşirqızı sosial şəbəkə hesabında paylaşım edib.
Xalq artisti hərbi xidmətə yollanan nəvəsi Əhmədpaşaya duyğusal sözlərlə müraciət edərək ona uğurlar arzulayıb:
"Sən bu gün Vətənə xidmətə yollanırsan. Nənə ürəyi üçün səndən ayrılmaq çətindir, amma səninlə sonsuz qürur duyuram. Allah səni hər addımında qorusun, yolunu açıq, qismətini gözəl etsin. Harada olursan ol, unutma ki, nənənin duaları həmişə səninlədir. Güclü ol, mərd ol, böyüklərinə hörmət et, dostlarına dayaq ol. Vətənə şərəflə xidmət edib sağ-salamat evimizə qayıtmağın ən böyük arzumdur.
Səni çox sevirəm, balam. Allah səni qorusun, ayağına daş dəyməsin. Yolun uğurlu, xidmətin şərəfli olsun. Səni həsrətlə gözləyəcəyəm. Allah amanında ol, canım nəvəm!"
Xatırladaq ki, Afaq Bəşirqızının iki oğul nəvəsi var.
Xalidə,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ