Onlayn ictimai-siyasi qəzet
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov cəzalandırılıb.
Bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Buna səbəb A.Abbasovun Misli Premyer Liqasının 13-cü turunda “Sumqayıt”la keçirilən matçda rəqib baş məşqçi ilə mübahisə etməsi olub.
Belə ki, oyunun 88-ci dəqiqəsində o, rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə birbaşa qırmızı vərəqə alıb. Buna görə çalışdırıcı 1 oyun oyun cəzalanıb və 2000 min manat cərimə edilib.
“Sumqayıt” baş məşqçisi Saşa İliç də cəzasız qalmayıb. O, rəqib komandanın texniki zonasına qeyri etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandığı üçün 4 oyunluq diskvalifikasiya edilib. “Sumqayıt” isə 10000 manat cərimə olunub.
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ