Onlayn ictimai-siyasi qəzet
Rusiyalı teleaparıcı Vladimir Solovyov Krımda dronlara qarşı mübarizə aparan mobil atəş qruplarının silah və nəqliyyat vasitələri ilə təminatındakı problemlərdən danışıb.
Musavat.com xəbər verir ki, Solovyov efirdə mobil atəş qruplarının pulemyot və yolsuzluq avtomobillərinin çatışmazlığı ilə üzləşdiyini bildirib.
O, eyni zamanda Rusiya avtomobil sənayesinin vəziyyətini və ordunun lazımi nəqliyyat vasitələri ilə təmin olunmasındakı problemləri sərt tənqid edib.
Solovyov Rusiyada niyə kifayət qədər pulemyot istehsal edilə bilmədiyini sorğulayıb. O, problemin səbəblərindən birinin yüksək rütbəli hərbçilərdən kiminsə vaxtında lazımi sifarişləri verməməsi ola biləcəyini söyləyib.
“Biz kifayət qədər pulemyot istehsal edə bilmirik? Ona görə ki, böyük ulduzları olan biri vaxtında sifariş verməyib? Qərara gəlib ki, lazım deyil? Yəqin, o artıq orada yoxdur, amma məsələ bunda deyil. Bəs indi nə edəcəyik?.. Tüfəngləri Türkiyədən alacağıq, ov tüfənglərini?” – deyə Solovyov bildirib.
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ