İnsanlara hürriyət, millətlərə istiqlal!

Göydə “tualet böhranı” – pilotlar təyyarəni məcburi olaraq yerə endirdilər

“Aeroflot” aviaşirkətinin Nijni Novqoroddan Antalyaya uçan sərnişin təyyarəsi göyərtədəki bütün tualetlərin sıradan çıxması səbəbindən marşrutunu dəyişməli olub.

Musavat.com xəbər verir ki, Airbus A320 təyyarəsi Vladiqafqaza yaxınlaşarkən ekipaj salondan daxil olan məlumatlar əsasında göyərtədəki tualetlərin heç birinin işləmədiyini müəyyən edib.

Pilotlar uçuşu bu vəziyyətdə davam etdirməmək qərarına gəlib və təyyarəni ehtiyat hava limanına – Mineralnıye Vodıya yönəldiblər.

Təyyarə hava limanına problemsiz enib. Hadisə zamanı qəza siqnalı verilməyib.

Nasazlıq səbəbindən Airbus A320 uçuşlardan kənarlaşdırılıb. Antalyaya getməli olan sərnişinlər üçün Moskvadan ehtiyat təyyarə göndərilib. Onlar uçuşun davam etdirilməsi üçün 8 saat gözləməli olublar.

Texniki mütəxəssislər təyyarənin tullantı sistemində yaranmış nasazlığın səbəbini araşdırırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR