İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla Ermənistan arasında yeni mərhələ – dəhliz açılır

İran və Ermənistan arasında yükdaşımaları asanlaşdıracaq sadələşdirilmiş gömrük dəhlizi yaradılacaq.

Musavat.com xəbər verir ki, bununla bağlı layihə Ermənistan hökumətinin iclasında təsdiqlənib.

Yeni rejimə əsasən, tərəflərdən birinin gömrük orqanları qonşu ölkəyə göndərilən yükləri buraxarkən mallar və onları göndərən şəxslər barədə elektron məlumatları qarşı tərəfin gömrük orqanlarına ötürəcək.

Bundan sonra yükü qəbul edən ölkə həmin malların gömrük yoxlamasını sadələşdirilmiş qaydada həyata keçirəcək.

Yeni rejim şəxsi minik avtomobilləri istisna olmaqla, bütün nəqliyyat vasitələrinə şamil ediləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR