Onlayn ictimai-siyasi qəzet
Dəyəri təxminən 9 milyon dollar olan “Angiola II” lüks yaxtası yeni sahibinə təhvil verildikdən cəmi dörd gün sonra dənizdə batıb.
Musavat.com xəbər verir ki, hadisə İtaliyanın Sardiniya adası sahillərində baş verib. Təxminən 30 metr uzunluğundakı yaxtada mühərrik bölməsində nasazlıq yarandıqdan sonra yanğın başlayıb.
Göyərtədə olanların hamısı vaxtında təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının qarşısı alınsa da, yaxtaya su dolmağa başlayıb və gəmi üzmə qabiliyyətini itirərək dənizin dibinə gedib.
“Angiola II” 2020-ci ildə İtaliyada inşa edilmiş Amer F100 seriyalı superyaxtadır. Lüks gəmi 2026-cı ildə əsaslı yenilənmədən keçmişdi.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ