İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qərbə uduzuruq" deyən Rusiyanın baş iqtisadçısı acı həqiqətə görə "vuruldu"

Rusiya dövlət korporasiyasının baş iqtisadçısı iqtisadi müharibədə məğlubiyyətlə bağlı açıqlamasına görə işdən çıxarılıb

Musavat.com xəbər verir ki, Rusiyanın dövlət korporasiyası “VEB.RF”in baş iqtisadçısı Andrey Klepaç Qərblə iqtisadi müharibədə uzunmüddətli rəqabətin mümkün olmadığı barədə açıqlamasından sonra vəzifəsindən azad edilib.

Klepaç çıxışı zamanı Rusiyanın Qərblə uzunmüddətli qarşıdurmada rəqabətə tab gətirməyəcəyini bildirib. O, Ukrayna iqtisadiyyatının bütün çətinliklərə baxmayaraq fəaliyyətini davam etdirdiyini vurğulayıb.

"Ukrayna iqtisadiyyatı, nə olursa olsun, sağ qalır… Biz bu tükənmə müharibəsində rəqabətdə qalib gəlməyəcəyik. Bizdə illüziya var ki, orada hər şey dağılacaq. Dağılmayacaq… Mənim fikrimcə, iqtisadiyyatımız dözəcək, lakin heç kimin xüsusi gözləmədiyi bir vaxtda sosial böhran yarana bilər".

Qeyd edək ki, Andrey Klepaç “VEB.RF”də baş iqtisadçı vəzifəsində 12 il çalışıb. Bundan əvvəl isə 10 il Rusiya İqtisadi İnkişaf Nazirliyində fəaliyyət göstərib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR