İnsanlara hürriyət, millətlərə istiqlal!

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testi ilə bağlı nəticələr açıqlandı

Türkiyədə məşhur şəxslərlə bağlı aparılan narkotik istintaqında yeni məlumatlar ortaya çıxıb. Aktrisa Afra Saraçoğlu və aktyor Aras Bulut İynemlinin test nəticələri məlum olub.

Afra Saraçoğlunun saç nümunəsində kokain aşkarlanıb. Aras Bulut İynemlinin saç, qan və sidik nümunələri üzrə test nəticəsinin isə mənfi olduğu bildirilib.

Digər şəxslərin də analiz nəticələri məlum olub

İstintaq çərçivəsində futbolçu Hasan Şaş və jurnalist Yağız Sabuncuoğlunun test nəticələri də açıqlanıb.

Yayılan məlumatlara əsasən, Hasan Şaşın qan və sidik nümunələrində kokain, saç nümunəsində isə kokain və kodein aşkarlanıb. Yağız Sabuncuoğlunun test nəticəsinin isə mənfi olduğu bildirilib.//Demokrat.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR