İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdə gizli "Şillə" rüsvayçılığı: ABŞ-ın İrana yönəlmiş "Dəhşətli Qəzəb" hücumunun pərdəarxası açıldı

ABŞ administrasiyasındakı bir sıra yüksək rütbəli rəsmilərin İrana endirilən yeni hərbi zərbələri pərdəarxası söhbətlərdə "Şillə" əməliyyatı adlandırdığı üzə çıxıb.

Musavat.com xəbər verir ki, "New York Post" qəzetinin yaydığı sensasion məlumata görə, bu hücumların Vaşinqton tərəfindən müəyyən edilmiş rəsmi kod adı isə əslində "Dəhşətli Qəzəb"dir ("Epic Fury").

Nəşr xüsusilə vurğulayır ki, Ağ Ev rəsmiləri tərəfindən işlədilən bu qeyri-rəsmi "Şillə" ifadəsi Amerikanın Tehrana qarşı "ağrılı, lakin çox sürətli" hərbi əməliyyat aparmaq taktikasına əsaslanan strateji hesablamalarını tam çılpaqlığı ilə əks etdirir.

Ağ Evdəki mötəbər mənbələrdən sızan məlumatlara görə, ABŞ Prezidenti regional gərginliyi azaltmağa və İran ətrafındakı hərbi münaqişəni tamamilə bitirməyə çalışır. Lakin buna baxmayaraq, rəsmi Vaşinqton İslam Respublikasının Fars körfəzində Amerika hərbi gəmilərinə və strateji tankerlərinə hücumlar təşkil etdiyi bir vaxtda heç bir halda seyrçi qalmayacağını və dərhal qətiyyətli cavab zərbələri endirəcəyini bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR