Onlayn ictimai-siyasi qəzet
Türkiyəli aktrisa Ece İrtemin 35 yaşında qəfil vəfatı sənət dünyasını sarsıtmağa davam edir.
Musavat.com xəbər verir ki, “Kızılcık şerbeti” serialında “Abdullah” obrazını canlandıran Ahmet Mümtaz Taylan mərhum həmkarı ilə son telefon danışığını açıqlayıb.
“Posta” qəzetinə danışan aktyor bildirib ki, Ece İrtemlə ölümündən cəmi iki gün əvvəl telefonla danışıb və görüşməyi planlaşdırıblar.
“Çox üzgünük. Belə bir itki qarşısında danışmağa söz tapmıram. Bildiyim qədərilə, sağlıq problemi yox idi. Qəfil ölümü hamımızı sarsıdıb”, - deyə Taylan qeyd edib.
Aktyorun sözlərinə görə, sonuncu dəfə şənbə günü danışıblar:
“Ece mənə zəng etmişdi. Həftə ərzində görüşüb birlikdə qəhvə içmək barədə razılaşmışdıq. Bazar ertəsi isə onun vəfat xəbərini aldım. Bu, həqiqətən də çox ağır vəziyyətdir”.
Ahmet Mümtaz Taylan gənc aktrisanın ölüm səbəbinin hələ rəsmi şəkildə açıqlanmadığını, ilkin ehtimalların isə ürəktutmasına işarə etdiyini qeyd edib.
“Anladığımız qədərilə səbəb ürəktutmadır. Atası prokurordur, ona görə də bütün detallar hüquqi qaydada araşdırılacaq və hər şey aydınlaşacaq. Amma təəssüf ki, gedən geri qayıtmır”, - deyə aktyor əlavə edib.
Könül
Musavat.com
06 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ